Modern.az

İŞİD-in daha bir lideri öldürüldü

İŞİD-in daha bir lideri öldürüldü

Dünya

31 Mart 2016, 13:06

 

İŞİD qruplaşmasının daha bir lideri məhv edilib.  

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Suriya İnsan Hüquqlarının Monitorinq Mərkəzinin məlumatına görə ölkənin şimalında pilotsuz təyyarənin endirdiyi zərbə zamanı səhra komandiri Əbu əl-Hiya-əl-Tunisi öldürülüb.

Ehtimal olunur ki, Hələb vilayətində avtomobillə hərəkət edən Tunisi raket zərbəsinin qurbanı olub.  

Beynəlxalq mənbələrin məlumatına görə son 18 ayda Suriya və İraqda koalisiya qüvvələrinin zərbələri nəticəsində azı 4108 İŞİD üzvü məhv edilib.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir