Modern.az

Sumqayıtda bir məktəbdə kütləvi zəhərlənmə baş verib

Sumqayıtda bir məktəbdə kütləvi zəhərlənmə baş verib

23 Oktyabr 2009, 17:49

Oktyabrın 23-də Sumqayıt şəhərindəki  38 saylı orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib. Məktəbin direktoru Nadir Atakişiyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstəxanaya aparılan uşaqların sayı 47 nəfər olub. Onlardan iki qızın vəziyyəti daha ağırdır. Zəhərlənənlər məktəbin 3-8-ci sinif şagirdələridir.
lkin məlumata görə, şagirdlər suxaridan, yəni qurudulmuş çörəkdən zəhərləniblər. Məlumatlara görə, saxlama müddəti 2009-cu ilin may ayında bitmiş məhsulu məktəbin ərazisində “VAZ 2106” markalı avtomlbillə gələn 3 nəfər paylayıb.
Artıq polis şagirdlərə bu məhsulu paylayan şəxslərdən birini saxlaya bilib. Araşdırmalar nəticəsində bəlli olub ki, bu şəxslər “Slint” firmasının əməkdaşları olublar. Şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir