Modern.az

İŞİD-in qadın batalyonu ələ keçdi

İŞİD-in qadın batalyonu ələ keçdi

Dünya

31 Mart 2016, 18:38



Tunisin güc strukturları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının qadın batalyonunun fəaliyyətinin qarşısını alıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu batalyonun fəalları gənc yerli sakinləri terrorçu kimi qruplaşmaya cəlb ediblər.

İŞİD-in qadın batalyonunun fəallarının saxlanılması üçün əməliyyat martın 30-da axşam saatlarında Sidi-Bu-Zid regionunda keçirilib. Regionaı istintaq deparamentinin rəisi deyib ki, əməliyyatda milli qvardiyanın döyüşçüləri iştirak ediblər.

Saxlanılan qızların 22-25 yaş arasında olduqları bildirilir. Onlar fəaliyyətə başlamazdan əvvəl İŞİD-ə sədaqət andı içiblər. Onlar İŞİD-ə tərəfdar toplamaqla yanaşı, terrorçuların ideologiyası haqda da məlumat veriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir