Modern.az

Ermənistan kriminal avtoritetlər üçün ən əlverişli ölkədir

Ermənistan kriminal avtoritetlər üçün ən əlverişli ölkədir

Dünya

31 Mart 2016, 18:48

Ermənistan hakimiyyəti “oğru aləmi”nin tanınmış şəxslərinə qarşı loyal münasibətini dəyişir. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, münasibətin dəyişməsi səbəbindən bir neçə gün öncə Yezid Rafo kimi tanınan Rafik Amoyan və Luka Rustavski ölkədən çıxarılıblar.

Bu gün isə məlum olub ki, Gürcüstandan olan “qanuni oğru” Vitali Avdiyan (kriminal aləmdə daha çox Vitya Tbilissiski kimi tanınır) Ermənistandan deportasiya olunub.

Vitya Tbilissiskinin Ermənistan hakimiyyətinin qəzəbinə niyə gəldiyi məlum deyil, ancaq “həmin sexdən olan həmkarları” kriminal aləmdə təsir dairələrini genişləndirmək niyyətində olduqları üçün bu aqibətlə üzləşiblər. Bu olaydan az əvvəl isə Ermənistan polisinin rəisi Vladimir Qasparyan açıq şəkildə kriminallara əsl müharibə başlatdığını bəyan edib.

Etibarlı mənbələrdən birinin bildirdiyinə görə, Ermənistan son zamana qədər kriminal aləmin tanınmışlarının sevildiyi yer olub. Ermənistan hətta yeganə postsovet ölkəsidir ki, cinayət aləminin titulluları özlərini kifayət qədər sakit hiss ediblər. Bura tez-tez Şakro Molodoy gəlib, hətta 2015-ci ilin əvvəlində geniş haqq-hesab çürüdüb. Kriminal aləmin yerli tanınmışları ilə yanaşı, Merab Kalaşov bir ildən artıqdır  Ermənistanda yaşayır. Rusiyaya deportasiya olunan  Vitali Avdiyanın da bu günə qədər kefinə dəyən olmayıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir