Modern.az

Məşhur jurnalisti evində öldürdülər

Məşhur jurnalisti evində öldürdülər

Dünya

1 Aprel 2016, 10:45


Məşhur rusiyalı jurnalist Dmitri Çilikin Sankt-Peterburqdakı mənzilində öldürülüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 54 yaşlı jurnalistin 3 gün öncə öldürüldüyü və üzərində çoxsaylı bıçaq yaralarının olduğu bildirilir.

Ötən həftə Riqadan qayıdan jurnalistin bir neçə gündür ki, heç kəslə əlaqə saxlamaması yaxınlarının narahatlığına səbəb olmuşdu.

Uzun illər RTR və 5-ci kanalda çalışan Çilikin son vaxtlar “Vedomosti” və  “Kommersant” qəzetləri ilə əməkdaşlıq edib.

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir