Modern.az

Rasim Balayev “Mosfilim”in tanınmış aktrisası ilə birgə filmə çəkilir

Rasim Balayev “Mosfilim”in tanınmış aktrisası ilə birgə filmə çəkilir

23 Dekabr 2010, 19:33

Azərbaycanda yeni bədii filmin çəkilişlərinə başlanır. Filmin prodüsseri Sirac Mustafayev bildirib ki, tammetrajlı psixoloji trillerdə Azərbaycanın tanınmış aktyor və aktrisaları da rol alıb.
Filmin prodüsseri aktyor heyətini tam açıqlamasa da, onlardan bir neçəsinin adını çəkib. Xalq artisti Rasim Balayev filmin qəhrəmanın atası rolunda, “Mosfilim”in tanınmış aktrisası Mariya Kunax baş rollardan birini ifa edəcək.

Sirac Mustafayevin sözlərinə görə, gənc yazar Nicat Qafuroğlunun “Ultionis” romanı əsasında yazılan ssenari artıq hazırdır. Ssenari müəllifləri Nicat Qafuroğlu və publisist-yazar Ceyhun Musaoğludur. Roman müəllifinin rejissorluğu ilə çəkiləcək film  Azərbaycan, ingilis, rus dillərinə tərcümə olunaraq səsləndiriləcək.

S.Mustafayev həmçinin bildirib ki, filmin əsas hədəfi nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etməkdir: “Yaxın günlərdə geniş mətbuat konfransı ilə KİV-ə film barədə ətraflı məlumat veriləcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi