Modern.az

Ucqar kəndin gənc müəllimi: “Bura gələndə özümü romanlardakı qəhrəman kimi hiss edirdim”

Ucqar kəndin gənc müəllimi: “Bura gələndə özümü romanlardakı qəhrəman kimi hiss edirdim”

1 Aprel 2016, 16:29

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarlını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. 
Bu günə kimi respublikanın əksər ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki müsahibimiz Masallı rayonu Qəriblər kənd tam orta məktəbində dərs deyən gənc pedaqoq Kənan Haşımovdur.

- Əvvəlcə sizi tanıyaq...

- 1988-ci ildə avqustun 8-də anadan olmuşam. Bakı şəhərinin Kürdəxanı qəsəbəsinin sakiniyəm, Hüseynbala Ağaverdiyev adına113 № li orta məktəbi bitirmişəm.

- İxtisasınızı nə üzrə bitirmisiniz? Nə zamandan işləyirsiniz?

- 2009-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsini bitirimişəm. Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm və 2011-ci ildən işləyirəm.

- Müəllim olmağı əvvəldən istəmisiniz? Bu qərara necə gəldiniz?

- Doğrusu, müəllim olmaq kimi bir istəyim yox idi. Arzum Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmaq idi, amma müəllim olmağıma da peşman deyiləm. Mənə bu peşəni sevdirən şagirdlərimin sevgisi, mehriban müəllim kollektivi, o cümlədən yerli sakinlərin qayğısıdır. 5 ildir ki, Masallı rayonu, Qəriblər kəndində Viləşçay sahillərində yaşayıram. Nə qədər səfalı, əsrarəngiz təbiət qoynunda yaşasam da, doğma Bakım üçün, ailəmiz üçün, əzizlərim üçün darıxıram.



- Şəhərdə ali təhsil almısınız. Bu gün şəhərdə ali təhsil alanlar kənd həyatına geri qayıtmaq istəmirlər, həmin yerlərdə özlərinə iş tapırlar. Siz ucqar dağ kəndində müəllim işləməyə necə qərar verdiniz?

- Düzdür, gənc müəllimlərin əksəriyyəti ucqar kənd yerlərində işləməyə üstünlük vermirlər. Təbii ki, bu daha çox sosial-iqtisadi çətinliklərlə baglıdır. Kənd və şəhər həyatı bir-birindən əsaslı şəkildə fərqlənir.

- Çətinliklər deyəndə nəyi nəzərdə tutursunuz?

- Məişət problemləri, işlədiyim məktəbin standartlara cavab verməməsi və s. Məktəbimizin əsaslı şəkildə təmirə ehtiyacı var. Məsələn, vətənimizin neft-qaz ölkəsi kimi tanınmasına baxmayaraq, işlədiyim məktəbdə istilik sistemi mavi yancaqla deyil, odunla təchiz olunur. Bura gəldiyim ilk illərdə özümü romanlardakı qəhrəmanlar kimi hiss edirdim. Gənc müəllimlərin ucqar kənd məktəblərində işləmək istəməməsinin ən böyük səbəbi onlara ayrılan güzəştlərin qənaətbəxş olmamasıdır.

- Bəs yaxşı, aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...

- Aylıq gəlirimlə ehtiyacımı tam ödəyə bilmirəm. Bəli, kirayədə qalıram. Aldığım güzəştlər yaşayış təminatımı tam olaraq ödəyə bilmir.

- Şagirdlərin sizin dərsə marağı necədir?

- Təvazökarlıqdan uzaq olsa da, əminliklə deyə bilərəm ki, şagirdlərimin mənim dərsimə olan marağı müsbətdir. Düşünürəm ki, bu mənim həm gənc müəllim olmağım, həm Bakıdan gəlməyim, həm səmimi olmağım, həm də şagirdlərlə dostluq etməyi bacarmağımla əlaqədardır.

- Ümumilikdə orada dərs şəraiti, təhsil mühiti necədir?

- Məktəbizmdə təhsilin inkişafı qənaətbəxşdir. Məktəbimizdə çalışan müəllimlərimiz paytaxda fəaliyyət göstərən müəllimlərdən heç də geri qalmırlar. İstedadlı şagirdlərimizin də sayı çoxdur. Şagirdlərimiz fənn olimpiadalarında, rayondaxili bilik yarışlarında fəal iştirak edərək, uğurlu nəticələrə mütəmadi olaraq imza atırlar.

Düşünürəm ki, təhsil sahəsində hələ də əsaslı islahatlar aparılmalıdır. Rayonumuzda əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı hələ də var. Məktəbimizin texniki avadanlıqlara ehtiyacı var. Ünumilikdə məktəmizin texniki avadanlıqlarına görə şəhər məktəblərindən çox geriyə qalır. Məktəmiz əsaslə təmir olunsa, elektron lövhələrlə, təchiz olunsa çox yaxşı olar.



- Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar kimi baxırlar. Siz bu fikrə necə şərh verərdiniz? Sizin üçün də elədir?

- Həmişə macəralar axtarışında olmuşam. Fərqlilik, digər mühitdə yaşayan insanların həyat tərzi, adət-ənənəsi həmişə marağımda olub. Eyni zamanda biləndə ki, burda Azərbaycan dili və ədəbiyyatı müəlliminə ehtiyac var, bir vətəndaş kimi fədakarlığı öz öhdəmə götürməyi borc bildim.

- Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.

- Deməzdim ki, mənim gəlişim kollektivizmizə, fəaliyyət göstərdiyim məktəbə xüsusi bir yenilik gətirib. Amma tam əminliklə deyə bilərəm ki, mənim gəlişim nəinki yaşadiğim kəndə, bütün rayona bir canlanma gətirib.

- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?

- Təhsilin inkişafı üçün madiyyat da önəmlidir. Düzdür, rayonumuzda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra əmək haqlarında müəyyən qədər artım müşahidə olundu.

Lakin müəllimlik ən müqəddəs, şərəfli peşə hesab edilirsə, əmək haqlarının artırilması həmişə

gündəmdə olmalıdr. Təhsillə bağlı problemlərimiz də var. Dərsliklərdə çatışmazlıqlar var. Bəzi tapşırıqlar çətinliyinə görə şagirdlərin səviyyəsinə uyğun gəlmir.



- Kənddə hansı çətinliklərlə qaşrılaşırsınız?

- Ümumiyyətlə, cənub zonası, o cümlədən Masallı rayonu zəngin təbiətə, ecazkar gözəlliklərə malikdir. Lakin şəhər infrastrukturunun formalaşmasına, turizmin inkişaf etdirilməsinə əsaslı şəkildə ehtiyac var. Məsələn, Masallıda hələ də 5 ulduzlu bir hotel yoxdur.

- Güzəştli şərtlərlə ucqar kəndlərə müəllim işləməyə gedənlər məcburdular ki, 3 il həmin yerdə işləsinlər. 3 il bitdikdən sonra dərs deyəcəyiniz yeri dəyişmək fikriniz var?

- Qeyd etdiyim kimi 5 ildir ki, Masallı rayonu Qəriblər kənd tam orta məktəbində işləyirəm. Hazırlaşıram ki, növbəti müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, uğurlu nəticə əldə edib Bakı şəhərindəki hər hansı bir orta məktəbə işə qəbul olunum.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

- Bəli,4 il repititorluq fəaliyyəti ilə məşğul olmuşam, amma hal-hazırda müəyyən səbəblərlə əlaqədar məşğul deyiləm

- Məktəbdənkənar fəaliyyətiniz olub? Şagirdlərlə ekskursiyaya gedirsiniz?

- Rayonumuzun çox gözəl təbiəti var. Turizm obyektləri fəaliyyət göstərir. Hər yay uşaqlarla gəzintiyə gedirik, pikniklər təşkil olunur. Şagirdlərimlə bərabər özüm də "Xəmsə", "Brey-ring" kimi intellektual yarışlarda iştirak edirəm. Bildiyimiz kimi, Masallı Azərbaycanın folklor paytaxtı elan olunub. Bununla əlaqədar bir neçə dəfə Bexnəlxalq Folklor Festifalı keçirilib. 2014-ci ildə Masallıda keçirilən 4-cü Turizm sərgisində aparıcı qismində iştirak etmişəm.




Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır