Modern.az

Azərbaycanın müdafiə xərcləri artacaq

Azərbaycanın müdafiə xərcləri artacaq

25 Oktyabr 2009, 19:27

Azərbaycan Respublikasinın 2010-cu üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsi bir müddət öncə Milli Məclisə göndərilib. Büdcə layihəsi gələn həftə parlamentin müvafiq komitələrinin müzakirəsinə çıxarılacaq. Modern.az Milli Məclisə daxil olan qanun layihəsinə istinadən xəbər verir ki, 2010-cu ilin büdcə zərfində ölkənin müdafiəsi üçün nəzərdə tutulan xərclər 2009-cu illə müqayisədə artırılacaq. Belə ki, 2010-cu üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Azərbaycan Respublikasinın müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu göstərici 2009-cu ilə nisbətən 0,9 faiz çoxdur. Yeri gəlmişkən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2010-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərclərinə ümumilikdə dövlət büdcəsi xərclərinin 17 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, 2009-cu ildəki xərclərə nisbətən 1.7 faiz çoxdur.

Gələn il ölkədə məhkəmə sisteminin saxlanması xərcləri üçün isə 41.4 milyon manat vəsait proqnozlaşdırılıb. Müharibə şəraitində olan Azərbaycan Respublikasının öz müdafiə xərclərini artırması başadüşüləndir.

Xatırladaq ki, oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də müharibənin hələ davam etdiyini bildirmişdi: “Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir”.

“Modern.az”

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu