Modern.az

TRT rəhbəri İbrahim Şahin: “Azərbaycan TV-lərindən yalnız ikisini izləyirəm”

TRT rəhbəri İbrahim Şahin: “Azərbaycan TV-lərindən yalnız ikisini izləyirəm”

24 Dekabr 2010, 11:06


Azərbaycan teleməkanının vəziyyəti ilə bağlı müzakirələr tez-tez açılır. Əksəriyyət belə hesab edir ki, ölkə telekanalları öz verilişlərinin səviyyəsini daha da yaxşılaşdırmalı, dünyada gedən texnoloji inkişafla ayaqlaşmalıdırlar. Sözügedən problem ölkə rəhbərliyini də narahat etdiyindən məsələ Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində də kəskin tənqid olunub. Ramiz Mehdiyevin bir neçə ay öncə dərc etdirdiyi «Azərbaycanın efir məkanı: problemlər, vəzifələr» adlı məqaləsində məhz televerilişlərlə bağlı məsələlərdən söhbət gedirdi.
Bəs Azərbaycan telekanalları ölkə xaricindən necə görünür?

Türkiyənin TRT kanalının rəhbəri İbrahim Şahin Modern.az saytına Azərbaycan telekanalları barədə açıqlama verib.
İbrahim Şahin bildirib ki, o, Azərbaycan telekanallarından yalnız ikisini izləyir. TRT rəhbəri həmin kanalların AzTV və İctimai Televiziya olduğunu vurğulayıb. O, deyib ki, bu TV-lərin uğurları da var, müəyyən gerilikləri də: “Texnologiya elə sürətlə inkisaf edir ki, onunla ayaqlasmaq da çox zordur, amma ayaqlaşmağa məcburuq”.
Azərbaycandakı digər telekanallara gəldikdə isə TRT rəhbəri onları izləmədiyini qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi