Modern.az

Deputatlardan Minsk qrupu üzvlərinə müraciət: Qarabağda terrorçuların məhv edilməsinə dəstək verin

Deputatlardan Minsk qrupu üzvlərinə müraciət: Qarabağda terrorçuların məhv edilməsinə dəstək verin

2 Aprel 2016, 20:40

 

Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Azərbaycan 12 şəhid verdi. Ancaq təxribatçıların qarşısı layiqincə alındı və onların işğal etdiyi bir neçə kənd azad edildi.

Ermənistan mediası artıq Azərbaycanın işğal edilmiş Ağdərə və Şuşa və digər bölgələrindən ermənilərin qaçqığını  barədə məlumatlar yayıb.

Ermənistanın təqsiri ucbatından yaranmış vəziyyət dünyanı narahat etməyə başlayıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu üzvü olan ölkələrinin təcili toplantısı keçiriləcək.

Bu arada Milli Məclisin deputatları Flora Qasımova və Elman Məmmədov medıa vasitəsilə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrə müraciət edib. Modern.az saytı xəbər verir ki, deputatlar müraciətlərində Minsk Qrupu ölkələrindən Qarabağda yerləşdirilən terrorçuların bütün dünyaya təhlükə olduğunu bəyan ediblər: “Bu gün İşğal edilmiş Azərbaycan ərazilərində terrorçular məskunlaşıb. Terror yalnız Azərbaycana deyil, bütün dünyaya təhlükədir. Azərbaycan beynəlxalq səviyyədə terrorçulara qarşı aparılan bütün əməliyyatlarda yaxından iştirak edib. İndi siz Azərbaycana dəstək verin ki, bizim Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə toplaşan terrorçuları zərərsizləşdirək”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu