Modern.az

Məşhur futbolçu və məşqçi öldü

Məşhur futbolçu və məşqçi öldü

3 Aprel 2016, 16:17


İtaliyalı keçmiş tanınmış futbolçu və baş məşqçi Çezare Maldini aprelin 2-dən 3-nə keçən gecə 84 yaşında vəfat edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Maldini yarımmüdafiəçi mövqeyində oynayıb.

Futbolçu karyerasına 21 yaşında “Triestina” klubunda başlayıb və iki mövsüm (1952-54) burada oynayıb. Onun futbolçu karyerasının çox hissəsini “Milan”da keçirib. 1954-1966-cı illərdə bu kimandanın heyətində 412 oyunda meydançaya çıxıb. O, İtaliya millisinin heyətində 14 oyun keçirib. “Milan”ın heyətində 4 dəfə İtaliya çempionu və 1962/63-cü illər mövsümündə Avropa Çempionlar Kubokunu qazanıb. 1967-ci ildə oyunçu kimi karyerasının başa vurandan sonra “Milan”, Parma”, Fodja”, “Ternana” klublarında, İtaliya gənclər yığmasında, bu ölkənin əsas millisində vəParaqvay millisində baş məşqçi olub. Gənclər millisinin baş məşqçisi kimi Avropa çempionatının (1992, 1994, 1996-cı illərdə) qalibi olub, “Milan” Maldinin rəhbərliyi ilə 1972/73-cü il mövsümündə İtaliya Kubokunu və Kuboklar Kubokunu qazanıb. Onun oğlu Paolo Maldini də tanınmış futbolçu olub və çoxsaylı titullar əldə edib. Bunların arasında dünya çempionatının gümüş və bürünc medalı da var. Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi