“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
“AzerGold”dan Modern.az-a verilən məlumata görə, qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də bey...