“Gənclik” yeni nəqliyyat mübadilə mərkəzi: 12 marşrut xətti üzrə 181 avtobus
Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlə...