Modern.az

53 saylı məktəbdə “Bilik günü” - FOTO

53 saylı məktəbdə “Bilik günü” - FOTO

15 Sentyabr 2015, 15:14

 

Bu gün ölkənin hər bir ali və orta təhsil müəssisəsində olduğu kimi Bakının Yasamal rayonundakı 53 saylı orta məktəbdə də Bilik günü münasibətilə təntənəli tədbir keçirilib.

Məktəbin direktoru  Firəngiz Həsənova tədbirə toplaşan şagirdləri onların valideynlərini, müəllimləri salamlayaraq, yeni tədris ili münasibətilə təbrik edib. F.Həsənova prezident İlham Əliyevin təhsilə qayğısından, son illər orta məktəblərdə bu istiqamətdə görülən uğurlu işlərdən bəhs edib: “Hazırda məktəbdə 2000-dən artıq şagird təhsil alır. Sevindirici haldır ki, bu il birinci sinifdə təhsil alacaq şagirdlərimizin sayı 250-yə çatıb. Ötən illərlə müqayisədə bu böyük göstəricidir.  Məlum olduğu kimi, məktəbimiz  əsaslı təmir edilib, bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları lazımi avadanlıqla təchiz edilib”. 

Direktor qeyd edib ki, 2015-ci ildə məktəbi bitirən 117 məzundan 70-i ali məktəblərə daxil olub.

Onlardan 9  nəfəri 600, 6 nəfəri isə 500-dən artıq bal toplayıbılar. İmtahanlarında yüksək nəticələrə görə, 3 məzun prezident təqaüdünə layiq görülüb. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərsin vətənpərvərlik mövzusunda olacağını qeyd edən F.Həsənova şagirdlərə uğurlar arzulayıb. Tədbirdə iştirak edən qonaqların, müəllimlərin çıxışlarından sonra ilk dəfə məktəb pillələrinə qədəm qoyan şagirdlər şeirlər söyləyiblər.

“Bilik günü”nə həsr olunmuş tədbir “İlk zəng”in sədaları ilə başa çatıb. 



Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ