Modern.az

56 yaşı tamam olan Mehriban Vəzir: “Qarabağ xanın qızları haqda kitab yazmaq fikrindəyəm”

56 yaşı tamam olan Mehriban Vəzir: “Qarabağ xanın qızları haqda kitab yazmaq fikrindəyəm”

Təhsil

18 Dekabr 2013, 17:36

Bu gün tədqiqatçı-jurnalist, fəal xanımlardan olan Mehriban Vəzirin 56 yaşı tamam olur. Modern.az xanım araşdırmaçını təbrik edərək gələcək yaradıcılıq panları ilə də maraqlanıb. “Həmidə xanımın xatirələri” əsəri ilə uğura imza atan Mehriban Vəzir gələcək planlarını  bölüşüb: “Ölkənin cəmiyyətin ictimai həyatında iştirak etmək mənim gündəliyimdədir. Allah imkan versə nə qədər gücüm var bu işlərdə yenə də olacağam. Son vaxtlar publisistika, bədii yaradıcılıqla deyil, araşdırma ilə məşğul oluram. “Həmidə xanımın xatirələri”ndən sonra fikrimdə yeni bir əsər var. Qarabağ xanı İbrahim Xəlil xanın qızları haqqında kitab yazmaq fikrindəyəm. Qarabağ xanlığında qadının rolu, qadınların maarifçi-messenant rolunda çıxış etməsi və s məsələlərə toxunulacaq. Qadın hüquqları, qadın mülkiyyət hüquqları ilə bağlı məsələlər bunların bu günə qədər uzantısı məsələsi qaldırılacaq. Kitabda əsasən Ağabəyim Ağa baş rolda olacaq. Daha sonra İbrahim xanın digər qızı Gövhər ağaya da geniş yer veriləcək. Bu iki ictimai xadim, həm böyük mədəniyyət incəsənət xadimləri olan bu iki xanım cəmiyyətə başqa rakursdan tanıdılacaq. Hələ ki planımda budur. Gələcəkdə yolumuzun üstünə nə çıxacaq onu Allah bilir”.

 

Elmin Nuri  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU