Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə iyun ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 11691 xəbər yerləşdirilib. Bunlardan 109 xəbər mənfi, 28 xəbər müsbət və 11554 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Teymur Əmrah (48 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri), İlhamə Quliyeva (17 xəbər – Flora Kərimovanın müğənni haqqında sərt sözləri), Xatirə İslam (14 xəbər – sosial media istifadəçilərinin müğənnini təhqir etmələri). Müsbət xəbərlər isə Nadir Qafarzadə (12 xəbər - mükafatla təltif olunması), Səidə Sultan (8 xəbər - Gürcüstanda mükafata layiq görülməsi) və Elnur Məmmədova (8 xəbər - Gürcüstanda mükafata layiq görülməsi) məxsusdur.
Elektron mətbuatda xəbər sayına görə sıralama:
| |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 342 xəbər dərc edilib. Bu xəbərlərdən 340-ı neytral, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (1 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və İlhamə Quliyevaya (1 xəbər - Flora Kərimovanın müğənni haqqında sərt sözləri) məxsusdur. İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.
Yazılı mətbuatda xəbər sayına görə sıralama:
İyun ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 194 xəbər göstərilib.
TV-də xəbər sayına görə sıralama:
Modern.az