Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, ordu generalı Adəm Huduti həbs edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.
Qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.
Qeyd edək ki, yayılan məlumata görə, Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.
Modern.az