Modern.az

“İrəli” gənclərlə bağlı daha bir layihəyə start verir

“İrəli” gənclərlə bağlı daha bir layihəyə start verir

19 İyul 2016, 15:20

“İrəli” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Multikulturalist Azərbaycan” layihəsinə start veriləcək.

Modern.az xəbər verir ki, “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, Azərbaycanın müxtəlif regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni zamanda Azərbaycanda təhsil alan xarici ölkələrin müxtəlif ixtisaslı gənclərini toplamaqla onlar arasında mədəni dialoqun yaradılması, təmsil etdikləri millətlərin mədəniyyətini, dilini, ənənəsini nümayiş etdirməyə şərait yaratmaqla cəmiyyətin rüşeymi olan gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaq üçün  İsmayıllı rayonunda  5 günlük layihə həyata keçirəcək.

“Multikulturalist Azərbaycan” layihəsinin əsas məqsədi Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli- mənəvi dəyərlərimizin, tarixi nailiyyət və abidələrimizin mənfurlar tərəfindən öz adına çıxarmağın qarşısını almaqdan ibarətdir.

700 dən artıq gəncin müraciət etdiyi “Multikulturalist Azərbaycan” layihəsində 120 nəfər gənc- paytaxt gənci, Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər və müxtəlif millətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.  İştirakçıların komandalar halında yarışacaqdır. Ümumilikdə 8  – Səlcuqlar, Manna, Atropatena, Albaniya, Atabəylər,  Səfəvilər, Şirvanşahlar, Qaraqoyunlu komandaları  düşərgə gününün sonuna kimi mükafat qazanmaq uğrunda  mübarizə aparacaqlar.

Düşərgədə müxtəlif təlimçilər tərəfindən iştirakçılara “komanda işi : streotiplərdən necə azad olmalı” , “Multikuturalizm modeli” ,  “Polietnik cəmiyyətdə  biz” , “Azərbaycan çoxmillətli dövlət kimi” , “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri” , “Dinləri necə yaşayaq”  mövzularında təlimlər keçiriləcəkdir.

Qeyd etmək istərdik ki, “Multikulturalist Azərbaycan”  layihəsi SAY hərəkatı nəzdində fəaliyyət göstərən üçüncü layihədir. Bundan əvvəl 2014-cü ildə Qubada  “SAY : Könüllülük Akademiyası”  və  2015-ci il Gəncə şəhərində “SAY : Green” layihələri həyata keçirilmişdir. “SAY : Green” layihəsində olduğu kimi, “SAY : Multikuturalizm” layihəsində də gənclər  açıq havada qurulan yaşayış çadırlarında qalaraq müxtəlif  ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI