Modern.az

Xaldan yolunda qəza: 2 ölü

Xaldan yolunda qəza: 2 ölü

1 Avqust 2016, 13:06

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumata görə, hadisə iyulun 30-da saat 17 radələrində Yevlax rayonunun Xaldan kəndində baş verib.

 

Hadisə zamanı Ağdam rayon sakini Elgiz Şükürovun idarə etdiyi “Tavriya”, Şəki rayon sakini İlqar Məmmədovun idarə etdiyi “KamAZ” və Oğuz rayon sakini Nuru İbrahimovun idarə etdiyi “QAZ-24” markalı avtomobillər toqquşub.

 

Nəticədə E.Şükürov və sərnişini Azər Məmmədquliyev hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...