İyulun 15-də həyata keçirilən dövlət çevrilişi cəhdinin ardından Sakaryada FETÖ/PDY terror təşkilatına qarşı açılan istintaq çərçivəsində həbs olunan keçmiş milli futbolçu Hakan Şükürün atası Selmet Şükür həbs olunub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, istintaq çərçivəsində keçmiş milli futbolçu Hakan Şükür və atası Selmet Şükür haqqında yaxalama qərarı çıxarılmışdı.
Keçmiş milli futbolçunun atası Selmet Şükür polis briqadaları tərəfindən avqustun 12-də cümə namazından çıxanda yaxalanaraq saxlanılmışdı.
Nəzarətdə saxlanıldığı zaman gecə gec saatlarda şəkər xəstəliyi səbəbi ilə halı pisləşərək xəstəxanaya qaldırılan Sermet Şükür, müalicəsi başa çatdıqdan sonra səhərə qarşı yenidən polisə aparılıb. Polisdəki sorğusu tamamlanan Sermet Şükür daha sonra polis dəstələri tərəfindən məhkəməyə çıxarılıb. Məhkəmə Selmet Şükürün həbs olunmasına qərar verib.
Selmet Şükür, FETÖYE maddi dəstək təmin etmək cinayətindən həbs olunarkən, ifadəsində terror təşkilatı üzvlüyünü qəbul etməyib. İş yerində terror təşkilatı dəstəbaşı Fətullah Gülənin 2 kitabı olan Selmet Şükür müdafiəsində deyib: “Mən heç kimə pul verməmişəm. Terror təşkilatı üzvlüyünü qəbul etmirəm. Mən tikinti sahəsindəyəm, ticarət edirəm”.
Selmet Şükürün oğlu Hakan Şükür ilə bağlı verilən sualları isə cavabsız qoyduğu öyrənilib.
Modern.az