Modern.az

“Bakı Tikiş Evi” rayonda mağaza açır

“Bakı Tikiş Evi” rayonda mağaza açır

19 Avqust 2016, 11:35

“Bakı Tikiş Evi”nin (BTE) Göyçayda mağazası açılır. Bu haqda Modern.az-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

Şöbə müdiri bildirib ki, mağaza yerli Icra hakimiyyətinin təklifi əsasında açılır:

“Təxminən 100 kvadratmetrlik ərazisi olan mağazadır. Yerli Icra hakimiyyəti bizdən xahiş etdi ki, mağaza açaq. Onlar istəyir ki, rayonun şagirdləri də bizim istehsal etdiyimiz məktəbli formalarından geyinsinlər. Biz də bunu nəzərə alaraq orada mağaza açmaq qərarına gəldik”.

E.Əzimov deyib ki, buna qədər bəzi regionlarda mağazalar fəaliyyətdədir:

“Şəkidə, Oğuzda, Qəbələdə, İsmayıllıda bizim istehsal etdiyimiz formalar satılır. Keyyfiyyət yüksək olduğu üçün tələbat da artır”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular