Modern.az

Həbsxanada məşhurların yazdıqları şeirlər

Həbsxanada məşhurların yazdıqları şeirlər

Aktual

8 Sentyabr 2016, 09:53

Türmə günləri kitab oxumaqla keçər deyiblər. Amma əgər məhbus məşhurdursa, siyasətə, ədəbiyyata da bir qədər yaxınlığı varsa, o, oxumaqla kifayətlənməyəcək... Həm də yazacaq. Məhbəs xatirələrini, yaşadıqlarını, keçmişini, gündəliklərini... Bu, nəsr janrında da ola bilər, nəzmdə də. 

 

“Yeni Müsavat” bu sayında sizi məhbəs həyatında şeir yazan məşhurlarla və onların yaradıcılıqları ilə tanış edəcək. 

 

Məlum, dar hücrə, duyğu fırtınası, yalnızlıq... Hərə bunu bir formada ifadə edir. Ən çox özlədiklərinə, ən çox narahat olduqlarına şeir həsr edənlər də var, məhbəs həyatını sözün bütün mənalarında “vəsf edənlər” də. 

 

Son olaraq Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli həbsxanada daha bir şeir yazıb. Bu, manatın devalvasiyasına həsr olunmuş, komik üslubda bir şeirdir: 

 

Manat qalıb ortada

Ərşə çıxıb naləsi,

FED bu ay toplantıda

Hiss edilir nəfəsi.

 

Neftimiz düşüb taxtdan

Üzünə baxan yoxdur,

Qaz da düşüb dəyərdən

İndi qaz satan çoxdur.

 

Ölməyə dollar lazım

Manata isə “doxtur”,

Qurusun dilim-ağzım

Deyəsən işlər......tortdur.

 

N.Cəfərli bundan öncə isə həyat yoldaşına şeir həsr etmişdi. Onu da xatırlayaq: 

 

Barmaqlıqlar arasında tək görünən bəyaz aydır

Ona baxıb danışıram, sən də danış, sevgilim

Aydan səni soruşuram, 

Sən də soruş, sevgilim....

 

 

Türmədə şeir yazan məşhurlar arasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da olub. O, 2003-cü ildə o vaxtkı Bayıl türməsində aşağıdakı misraları qələmə alıb: 

 

 

Əlim Allaha çatır, 

Mənə kimsə batammaz.

Bu qaranlıq hücrəyə 

bizdən başqa qeyrisi, 

Hətta şeytan da sığmaz. 

 

Aramızda kimsə yox 

aramıza girəsi, 

Bir Allahdı, bir mənəm,

Bir də Bayıl türməsi....

 

Kiçicik nəfəslikdən 

Azan axır içəri

Yorğun düşmüş bir paytaxt

1 noyabr səhəri...

 

Sabiq millət vəkili Gülər Əhmədova da 2013-cü ildə, həbsdə olduğu zaman 8 yaşlı oğluna şeir yazıb. Sözügedən şeir 8 yaşlı Tamerlan üçün yeni il hədiyyəsi olaraq yazılıb: 

 

Bayram hədiyyəsi aldınmı, oğlum?

Yolkanı kiminlə bəzədin, oğlum?

Soyuq evimizdə gülə bildinmi,

Süfrəni kim açdı, bəs sənə, oğlum?

 

Novruz bayramında şam yandırmısan,

“Hamınınkı sönüb, anamkı yanır

Mən hələ yatmıram” - demisən, oğlum.

 

3 Novruz bayramı gözləyəcəksən

Sonra gələcəyəm yanına, oğlum.

3 Yolka bəzəsin dayın, əmingil,

Sən də ətrafında oynarsan, oğlum.

 

Sənin göndərdiyin bütün şəkillər

Mənim kameramın bəzəyi olub.

Çoxdan görməmişəm, sacının ətri

Hər gecə burnuma dolur, ay oğlum

Vəfalı, ağıllı, mehriban oğlum!!!

 

2011-ci ildə həbsdə olan indiki Müsavat başqanı, həmin illərdə isə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da məhbəsdə şeir yazıb. Bunlardan ictimaiyyətə məlum olan və xeyli səs gətirəni “Darıxıram” şeiri idi. A.Hacılı 2003-cü ildəki həbsi zamanı da Kürdəxanıdan şeir yazırdı. Biz isə sizə onun 2011-ci ildə istintaq təcridxanasında yazdığı “Darıxıram” şeirini təqdim edirik: 

 

 

Kürdəxanı qalasının 

Divarları arasında 

Qoşa, dəmir qapıların arxasında

Kilidləndim o gün gecə

Darıxıram bilsən, necə?!

Batıb səsim,

Yaşamağa yox həvəsim

Dünya ilə aramızın sərhədidir

dəmir torlu həbsxana pəncərəsi

... Azmış quşlar... ağ buludlar... göy... baxıram...

Binə hava limanından 

Uçub gedən uçaqların

Arxasınca hey baxıram...

Uçur, gedir xəyallarım

Uçaqların arxasınca 

İndi məndən uzaq düşən

Uşaqların arxasınca...

Uçur, gedir yaxın, uzaq şəhərlərə

Uçaqların enəcəyi

Şəhərlərin həsrətiylə darıxıram.

Şirin-şirin yuxulardan oyananda 

Bağlı dəmir qapıları

Görüb hər gün

Azadlıqda açılacaq

Səhərlərin həsrətiylə

Darıxıram.

Uzaq oldu xəyallarım

Arzularım olarmı çin?!

Bir qurtum su

Sinə dolu nəfəs kimi

Darıxıram bu qəfəsdə.

Bircə addım azadlıqçün 

Darıxıram hər gün, gecə

Darıxıram bilsən necə!

 

 

Azərbaycan xalq hərəkatının öncül şəxslərindən olmuş Nemət Pənahlı da 2011-ci ildə həbsdə olarkən yazdığı şeiri media ilə paylaşıb. Həyat yoldaşı Həcər xanıma həsr etdiyi uzun şeirin bir neçə misrasını sizinlə paylaşırıq: 

 

 

Sənə sevgim, sayqım sonsuzdur, ey yar,

Sanma ki, küyləyib, qıyladım səni.

Bu da keçib gedər, pərişan olma,

Dərd çəkib, qəm yeyib ümidsiz qalma.

Hicrandan saralıb vaxtsız qocalma,

Sevir Allahımla övladım səni.

Gülüm, eşqimizdən gəl yazaq dastan,

Çağdaş aşiqləri tanısın cahan.

Köçürək tarixə ömrü anbaan,

Xalqa elçi kimi yolladım səni.

Dəli-divanətək sevirəm səni,

Nemətin dünyaya yay nəğməsini.

Dedin Züleyxa tək sevirsən məni,

Yaşatsın Yusiftək soyadım səni.

 

Həbsxanada olan vaxt hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusa bir neçə dəfə məktub yazıb. Onlardan hamısı şeir dəyərində idi. Bu məktublardan sonuncusunda aşağıdakılar qeyd olunmuşdu: “Arif, əzizim! Mən yenə sənə yazıram, hərçənd indi dəqiq bilirəm ki, sən mənim məktublarımı oxuya bilmirsən, çünki tam təcrid olunmusan. Ancaq düşünürəm ki, Dinara - bizim həm Çuykov, həm Rodimtsevimiz bu məktubları qoruyub saxlayacaq və nə vaxtsa nəvələrimizə oxuyacaq....”. 

 

 

L.Yunus daha sonra aşağıdakıları da yazıb: “Bizim sevimli K.Simonov dəqiq deyib: “Məktublar müxtəlif olur: ağlar, ağrılı, bəzən gözəl, çox vaxt mənasız”. Ancaq sən həmişə mənim məktublarımı, məqalələrimi, əlyazmalarımı toplamısan. Bizim ailədə sən həmişə araşdırmaçı alim olmusan. Çox vaxt nə yazdıqlarım yadımda qalmır. Ötən həftə Tom de Vall 1990-cı ildə “İstiqlal” nəşrində dərc edilən “Siyasətçinin məsuliyyət həddi” məqaləmə istinad edəndə mənə çox xoş oldu...”

 

Hüquq müdafiəçisi məktubunda həmçinin qeyd edib: “Arif, sənsiz çox tənhayam! Biz 36 il çiyin-çiyinə olmuşuq, 40 illiyimizi qeyd edəcəyimizə ümid edirdik, ancaq onlar bizdən elə qorxur.

 

İlahi, mən, belə balaca, zəif və xəstə qadın hakimiyyət mənsublarını necə qorxuda bilmişəm? Necə? Bilirəm, deyəcəksən ki, “yolçu Lakedemona çatdırıb ki, Qanuna sadiq olan bizlər burda uzanmışıq”. Ancaq mən yenə də düşünürəm ki, Leonidə daha asan idi...

300-dən biri... Sənin Leylan”.

 

“Yeni Müsavat” oxucuları xatırlayır ki, bu, L.Yunusun həyat yoldaşına yazdığı sayca üçüncü məktubdur. Daha öncə də hüquq müdafiəçisi Arif Yunusa sentimental tonlarda bir neçə məktub yazıb. 

 

Amma məşhurların türmə şeirləri deyəndə ilk ağla gələnlərdən biri də Türkiyənin ölməz şairi Nazim Hikmətin yazdıqlarıdır. 

 

Onun həbsxanadan həyat yoldaşı Pirayə xanıma yazdığı məktublar da dillərə dastandır. N.Hikmət ən gözəl sevgi şeirlərini bu qadına həsr edib. Onlar 1935-ci ildən 1950-ci ilə qədər evli olublar. N.Hikmətin “Karıma mektup” şeirindəki aşağıdakı misralar beyinlərdə özünə yer edib: 

 

“Bir tanem!

Son mektubunda:

“Başım sızlıyor

yüreğim sersem!”

diyorsun.

“Seni asarlarsa

seni kaybedersem;”

diyorsun;

“yaşayamam!”

Yaşarsın karıcığım...” 

 

 

Amma ən yaddaqalan şeir heç şübhəsiz ki, “Bugün Pazar” adlanan şeirdir. 

 

“Bugün pazar.

Bugün beni ilk defa güneşe çıkardılar.

Ve ben ömrümde ilk defa gökyüzünün bu kadar benden uzak

bu kadar mavi

bu kadar geniş olduğuna

şaşarak

kımıldamadan durdum.

 

Sonra saygıyla toprağa oturdum,

dayadım sırtımı duvara.

Bu anda ne düşmek dalgalara,

bu anda ne kavga, ne hürriyet, ne karım.

Toprak, güneş ve ben

Bahtiyarım...”

 

****

 

Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanıma 1927-ci ilin yayında yazdığı məktubları da yaddan çıxarmaq olmaz. Amma onlar türmədən yox, müalicədən yazılanlar kateqoriyasına daxildir. 

 

Birinci məktub: “Əziz və sevgili Müşkünaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrulun açıqcasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.

 

Desəm ki, vannalar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsəbi və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bu gün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayat ol! Ərtoğrula söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən”.

****

 

BBP lideri Muhsin Yazıcıoğlu da 30 il bundan öncə Mamak Türməsində cəza çəkdiyi vaxt “Üşüyorum” adlı şeir qələmə alıb. Bu da siyasilərin məhbəs yaradıcılığı siyahısında xüsusi yer alır: 

 

Bir coşku var içimde bu gün kıpır kıpır

Uzak çok uzak bir yerleri özlüyorum

Gözlerim parke parke taş duvarlarda

Açılıyor hayal pencerelerim

Hafif bir rüzgar gibi süzülüyorum

Kekik kokulu koyaklardan aşarak

Güvercinler ülkesinde dolaşıyor

Bir çeşme başı arıyorum

Yarpuzlar arasında kendimi bırakıp

Mis gibi nane kokuları arasında

Ruhumu dinlemek istiyorum

Zikre dalmış her şey

Güne gülümserken papatyalar

 

****

 

Bir çox mahnılara söz olmuş məhbəs şeirləri də var. Onlardan biri də “Hapishane Şarkısı -5” adlanır ki, onu datürkiyəli şair Sabahattin Ali yazıb.

 

“Başın öne eğilmesin

Aldırma, gönül, aldırma

Ağladığın duyulmasın,

Aldırma, gönül, aldırma

 

Dışarda deli dalgalar

Gelip duvarları yalar;

Seni bu sesler oyalar,

Aldırma, gönül, aldırma

 

Görmesen bile denizi,

Yukarıya çevir gözü:

Deniz gibidir gökyüzü;

Aldırma, gönül, aldırma

 

Dertlerin kalkınca şaha

Bir küfür yolla Allaha

Görecek günler var daha;

Aldırma, gönül, aldırma

 

Kurşun ata ata biter

Yollar gide gide biter;

Ceza yata yata biter;

Aldırma, gönül, aldırma

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?