Bu gün Beyləqan rayonunun İmamverdilər kəndində yeni inşa olunmuş tam orta məktəbin açılış mərasimi keçirilib. Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Çingiz Qənizadə, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə millət vəkil Çingiz Qənizadə çıxış edib, yeni inşa olunan və müasir tələblərə cavab verən məktəbin istifadəyə verilməsini təhsilə göstərilən dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirib.
Dövlət tərəfindən Beyləqan rayonunun digər kəndlərində də yeni orta məktəblərin tikintisinin və təmir-bərpa işlərinin davam edəcəyini vurğulayan Ç.Qənizadə müasir təhsil standartlarına uyğun inşa olunmuş İmamverdilər kənd tam orta məktəbinin şagird sıxlığını aradan qaldırmaqla yanaşı, həm də onların keyfiyyətli təhsil alması üçün mühüm töhfə olduğunu qeyd edib.
Modern.az