Modern.az

Baş Prokurorluq təkzib edir

Baş Prokurorluq təkzib edir

15 Sentyabr 2016, 14:13

“Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılmışdır.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur”.

Bu açıqlamanı Modern.az-a Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri                      Eldar Sultanov verib. Onun sözlərinə görə,qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU