Modern.az

BDU-da erməni dili kursları açılır

BDU-da erməni dili kursları açılır

4 Oktyabr 2016, 09:51

Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.

Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, "Düşmənlə öz dilində mübarizə aparaq!" devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

“6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mənə müraciət edə bilərlər”,-deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18-00-da başlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi