Modern.az

Siyəzəndə qəza: Sürücü öldü

Siyəzəndə qəza: Sürücü öldü

12 Oktyabr 2016, 20:29

Bu gün axşam saatlarında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

 

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı "BMW" markalı maşın aşıb.  Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi