Modern.az

Xaçmazda qadınları fahişəliyə cəlb edən TUTULDU

Xaçmazda qadınları fahişəliyə cəlb edən TUTULDU

Aktual

22 Oktyabr 2016, 14:45

Xaçmazda qadınları əxlaqsızlığa cəlb edən şəxs saxlanılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ramin Namazov adlı şəxsin Çarxı kəndində yerləşən “Şəfəq” restoranında qadınları pul müqabilində fahişəliyə cəlb etdiyi müəyyən olunub.

 

Onun Bakı sakini olduğu bildirilib. Faktla bağlı araşdırmalar aparılır.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək