Mühacirətdə olan YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski əmindir ki, Rusiya prezidenti Vladimir Putin Qərblə yeni soyuq müharibə üçün "sonsuza qədər dərəcələrini artırmaq” niyyətindədir. Modern.az xarici mediaya istinadən bildirir ki, 2013-cü ildən Rusiyadan kənarda yaşayan Xodorkovski “Frankfurter Allgemeine Zeitung” qəzetində çap olunan məqaləsində Putin rejimin nə zaman başa çatacağı, onun ölkəni hansı vəziyyətdə qoyub gedəcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Onun fikrincə, inkişaf etmiş vətəndaş cəmiyyəti olmadan və real siyasi rəqabətsiz kənardan ölkənin modernləşdirilməsi mümkün deyil. Ancaq Xodorkovskinin sözlərinə görə, Putin qətiyyən bu cür dəyişikliklərin reallaşmasına maraqlı deyil.
YUKOS-un keçmiş rəhbəri düşünür ki, Rusiyanın taleyi Avropa ilə bir yerdə olmaqdan asılıdır. Bununla bağlı Qərb siyasətçilərinə artıq bu gündən Putindən sonrakı dövr üçün uzunmüddətli Rusiya strategiyasını hazırlamağı təklif edir.
Keçmiş oliqarxın fikrincə, bu Rusiyanın irəlicədən müəyyən edilmiş Avropa inkişaf yoluna tarixi qayıdışına kömək ola bilər.
Xodorkovski əmindir ki, bu cür strategiyanın hazırlanmasında Rusiyanı yaxşı bilən Almaniya xüsusi rol oynaya bilər.
Modern.az