Modern.az

Bağlanan 10 bank üzrə kompensasiya məbləği AÇIQLANDI

Bağlanan 10 bank üzrə kompensasiya məbləği AÇIQLANDI

Aktual

26 Oktyabr 2016, 11:03

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

 

 

Fonddan Modern.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 936 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 25 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 23 mln. 82 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib.

 

4 bank üzrə ümumilikdə 109 mln. 901 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ödənilən kompensasiyanın məbləği ümumilikdə 15 mln. 986 min manatdan artıq təşkil edib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 98 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənilib.

3 bank ödənilən kompensasiya məbləği ümumilikdə 145 mln. 45 min manat təşkil edib.
 

Bundan başqa "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 341 mln. 712 min manat artıq kompensasiya verilib.
 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə ödənilən kompensasiya məbləği 612 mln. 644 min manatdan təşkil edib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!