Modern.az

İrandan narkotik gətirən gətirən şəxs Biləsuvarda saxlanıldı

İrandan narkotik gətirən gətirən şəxs Biləsuvarda saxlanıldı

26 Oktyabr 2016, 12:08

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə-heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!