Modern.az

Bakıda iki xalaqızı evdə dəm qazından boğulub öldü

Bakıda iki xalaqızı evdə dəm qazından boğulub öldü

29 Oktyabr 2016, 10:50

Bakıda dəm qazından boğulma faktı qeydə alınıb. Trend-ə Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Aşıq H.Əliyev küçəsi, ev 113, mənzil 14-də baş verib.

Məlumata görə, 1999-cu il təvəllüdlü Zeynalov Xanım Kamal qızı və onun xalası qızı, 2003-cü il təvəllüdlü Allahverdiyeva Aytən Elman qızı yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi