Ermənistanda əsgər yoldaşı Qarnik Avetisyanı avtomobillə vurub öldürəm hərbçi Ayk Avetisyana hökm oxunub.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, ittiham aktına görə Ayk bu il aprelin 11-də mexaniki avtomobil emalatxanasına gedən yolda “Zil” yük maşını ilə Qarnik Avetisyanı vuraraq ölümcül xəsarət yetirib.
Hadisəni törətməkdə təqsirkar hesab olunan Ayk Avetisyan bir il azadlıqdan məhrum olunub.
Modern.az