Modern.az

Qırğızıstanda Gəncə şəhərinin təqdimatı keçirilib

Qırğızıstanda Gəncə şəhərinin təqdimatı keçirilib

29 Oktyabr 2016, 12:41

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumu keçirilib.

Modern.az xəbər verir ki, forumda Azərbaycandan millət vəkillərindən, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov yaradılmış müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib. Bildirib ki, Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.

Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.

Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi