Modern.az

Bakıda mağazadan 10 min manatlıq kitab oğurlanıb

Bakıda mağazadan 10 min manatlıq kitab oğurlanıb

Aktual

29 Oktyabr 2016, 20:41

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb.

 

Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi