17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, Vüqar Məmmədin yetirmələri Rumıniyada təşkil olunan VI qrupda son oyununa çıxıb. Rəqib meydan sahibləri olub.
Hər iki yığma qrupda keçirdiyi ilk 2 oyunda uduzaraq növbəti mərhələyə çıxmaq şanslarını itirdiyi üçün bu görüş formal xarakter daşıyıb.
Millimizi mübarizəni 3-cü pillədə bitirmək üçün heç-heçə də qane etdiyi halda, rəqibə qalib gəlmək mümkün olub. Oyun 1:0 hesabı ilə Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb. Qələbə topunun müəllifi turnirdə komandanın aktivində olan hər 2 qolu öz adına yazdıran Xaqani Səfərov olub. Bununla da millimiz qrupda mübarizəni təsəlli qələbəsi ilə başa vurub.
Modern.az