Qəbələ rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilən gənc qadının qohumları danışıb. Modern.az saytı xəbər verir ki, ARB Şəki-nin məlumatına görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.
Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".
Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır"
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Modern.az