Modern.az

Türkiyədə “Cümhuriyyət”ə qarşı ƏMƏLİYYAT: Baş redaktor tutuldu - YENİLƏNİB

Türkiyədə “Cümhuriyyət”ə qarşı ƏMƏLİYYAT: Baş redaktor tutuldu - YENİLƏNİB

Aktual

31 Oktyabr 2016, 10:43

 

Türkiyə polisi “Cümhuriyyət” qəzetinin əməkdaşlarını saxlayıb.

 

Modern.az saytının Türkiyə KİV-nə istinadən xəbərinə görə, qəzetin baş redaktoru Murad Sabuncu, icraçı direktoru Akın Atalay və yazar Güray Özün evində axtarış aparılıb.

Məlumata görə, Murad Sabuncu və Güray Öz tutulub. Akın Atalay isə xaricdə olduğu üçün onun haqqında həbs qərarı verilib.

***

Son məlumata görə, polis yazar Hikmət Çetinkaya və Musa Kartın evində axtarış aparır.

Digər yazar Can Dündar isə xaricdə olduğu üçün onun haqqında həbs qərarı çıxarılıb.  

 

Aqşin Kərimov

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi