Modern.az

Polis həbsxanadan qaçan məhkumları güllələdi

Polis həbsxanadan qaçan məhkumları güllələdi

31 Oktyabr 2016, 22:48

Hindistan polisi Bxopal şəhərindəki həbsxanadan qaçan 8 məhkumu güllələyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qaçanlar Hindistanda 1977-ci ildə yaradılan və fəaliyyəti qadağan olunan Tələbə İslam Hərəkatının fəalları olublar.

Onlar mühafizəçinin boğazını kəsərək mələfə ilə həbsxananın divarından aşaraq qaçmışdılar. Məlumatda qeyd edilir ki, qaçanlarda üçü 3 il əvvəl tunel vasitəsilə başqa həbsxanadan da qaçıblar.

Hakimiyyət bu hərəkatı bir neçə partlayışda şübhəli hesab edir. Tələbə İslam Hərəkatı 2003-cü ildə Mumbaidəki terror aktında da ittiham olunur. O zaman 50 nəfərdən çox adam ölüb. Qruplaşma isə bu hücumla bağlı olduğunu təkzib edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi