“Təyinatı üzrə istifadə edilməyən əkinə yararlı torpaqların monitorinqləri davam edir”.
Modern.az xəbər verir ki, bu haqda kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, əsas məsələ hüquqi bazanın yaradılmasının başa çatdırılmasıdır:
“Bu haqda qanunvericilik bazası mövcuddur. O qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün qaydalar hazırlanıb. Bütün nazirliklərlə razılşadıırlıb və Nazirlər Kabinetinə təqdim olunub”.
Nazir həmçinin, torpaqdan istifadə olunub-olunmaması kriteriyalarının hazırlandığını deyib:
“Yaxın günlərdə o qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birgə tətbiqinə balaşayacağıq”.
Gülşən RAUFQIZI