Sumqayıt yolunda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.
Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.
Modern.az