"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisinin deputatı Cavid Qurbanovun növbəti dəfə qəbuluna gələn Kəlbəcər rayonunundan olan seçicilərlə görüş keçirilib. Modern.az saytı xəbər verir ki, kəlbəcərli seçicilərin və digər ərizəçilərin müraciətləri əsasən işlə təmin olunmaq, yaşayış yeri ilə təmin edilmə, qeydiyyat, sənədləşdirmə, tibbi yardımların göstərilməsinə köməklik, sosial müavinətin alınması, mənzil-məişşət şəraitlərinin yaxşılaşdırılması və digər sosial problemlərlə bağlı olub.
Millət vəkilinin nümayəndəsi Həbib Misirovun verdiyi məlumata görə millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında müraciət edən seçicilərin problemləri dinlənilib, millət vəkilinə ünvanladıqları ərizələr icrayavə müvafiq dövlət qurumlarına ünvanlanmaq üçün qəbul edilib. Bəzi sosial qayğıya ehtiyacı olanların problemləri yerindəcə həll edilib və həmçinin, qaldırılan problemlərin həlli istiqamətində ən yaxın zamanda işlərin görüləcəyi bildirilib.
Bəzi seçicilərin problemləri əlaqədar dövlət qrumları ilə birgə yerindəcə həll edilib, bəzilərinin isə ərizə və şikayət məktubların aidiyyatı orqanlara göndərilməsi üçün tapşırıqlar verilib. Dövlətin qaçqın və məcburi köçkünlərə, həmçinin aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının hər gün daha da artması göz qabağındadır. Bu mənada qəbulda bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin, aztəminatlı, köməyə ehtiyacı olan imkansız ailələrin problemlərini diqqət mərkəzində saxlayır. Hər kəs sosial müdafiəyə daima ehtiyac duyan bu insanların həyat və məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün çalışmalı və bu işdə dövlətimizə kömək etməlidir.
Modern.az