Dünən axşam Lerikə güclü yağış yağıb. Bunu Modern.az-a açıqlamasında Lerik rayonu Fövqəladə Hallar Komisyasının sədri Habil Məlikov deyib.
O, bildirib ki, hava çox tutqundur. Həmişə belə havadan sonra qar yağır. Bu da o deməkdir ki, birazdan Lerikə qarın yağması gözlənilir.
Əhali fasiləsiz olaraq, qaz, su və işıqla təmin olunur. Rayon Fövqəladə Hallar Komissiyasına hər hansı şikayət daxil olmayıb. Məktəblərdə dərslər davam edir. Yollar bağlanmayıb. Rayon ərazisində heç bir problem yoxdur.
***
Hazırda Qusar rayonuna yağış yağır. Amma yağan yağış leysan xarakterli deyil.
Bunu Modern.az-a açıqlamasında Qusar rayon icra hakimiyyəti başçısının köməkçisi Marina Ağamalıyeva deyib.
O bildirib ki, bu saata qədər rayonda heç bir problem yaşanmayıb. Əhali qaz, su və işıq təchizatı ilə tam təmin olunub. Məktəblər və yollarda heç bir problem yoxdur. Hər şey qaydasında davam edir. İcra Hakimiyyətinə rayon sakinlərindən hər hansı bir problemlə bağlı müraciət daxil olunmayıb.
Mirmahmud KAZIMOĞLU