Modern.az

Bakıda lift trosu qırıldı: 8 yaralı

Bakıda lift trosu qırıldı: 8 yaralı

Aktual

2 Noyabr 2016, 12:51

Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerləşən 7 mərtəbəli binanın liftin trosunun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi