Modern.az

Rusiyada böhran 15 il davam edə bilər

Rusiyada böhran 15 il davam edə bilər

2 Noyabr 2016, 13:18

Rusiyalılar daha 10-15 il davam edəcək iqtisadi tənəzzülə və ya staqnasiyaya hazır olmalıdırlar. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu “Açılış” broker evinin makroiqtisadiyyat üzrə baş direktorunun müşaviri Sergey Xestanov bəyan edib.

“İqtisadiyyatın strukturunun kifayət qədər ləng dəyişdiyini nəzərə aldıqda, tamamilə real ssenari üzə çıxır. Sadə vətəndaşlar üçün bu, qiymətlərin artımı, əmək haqqının xeyli aşağı düşməsi və işsizliyin artması deməkdir”, - o, belə hesab edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi