Modern.az

Hər il ölkədə 50-dən çox uşaq küçələrə atılır - RƏSMİ

Hər il ölkədə 50-dən çox uşaq küçələrə atılır - RƏSMİ

2 Noyabr 2016, 14:01

“İl ərzində  2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”.

 

Modern.az-ın xəbərinə görə, bunu Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.

A.Xudiyev deyib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır:

 

“Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar, dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir”.

 

Baş həkim həmin uşaqların əksər hallarda sətəlcəm əlaməti ilə xəstəxanaya daxil olduğunu söyləyib:

“Onlar burada bütün müayinələrdən  keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var”.

 

Ağa AKİFOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi