Modern.az

Baş həkimdən AÇIQLAMA: “Uşaqlar ən çox 20 qəpik udur”

Baş həkimdən AÇIQLAMA: “Uşaqlar ən çox 20 qəpik udur”

2 Noyabr 2016, 14:04

“Yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması isə xoşagələn hal deyil”. 

 

Modern.az xəbər verir ki, bunu Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyevjurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır :

 

“Ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olur ki, bu da il ərzində minimum 150 nəfər təşkil edir”.

 

O deyib ki, yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır:

 

“Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir”.

 

Həkimin sözlərinə görə, Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında fındıq, qoz ləpəsi, qabıq kimi yad qalması halları daha çox olur: “Bayram günləri olanda işimiz daha da çətinləşir”.
 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi