Modern.az

GUAM Parlament Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

 GUAM Parlament Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

2 Noyabr 2016, 15:34

 

GUAM – Demokratiya və İqtsadi İnkişaf naminə Təşkilatı Parlament Assambleyasının növbəti iclası dekabr ayında Bakıda keçiriləcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyində GUAM-a üzv dövlətlərin Avropaya inteqrasiyası proseslərinin müzakirəsi yer alacaq.

 

Gündəliyə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, çoxtərəfli parlament əməkdaşlığının regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, GUAM regionunun enerji potensialı və digər məsələlər daxil edilib.

İclasın keçirilmə tarixi müəyyənləşdirilməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi