1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepeklə vida mərasimi keçirilib.
Bu barədə Modern.az saytına Türkiyə Qəzetçilər Federasiyasının baş katibi Mehmet Ali Dim məlumat verib. Onun sözlərinə mərhum bu gün torpağa tapşırılıb.
Osman Mayatepekin dəfn mərasiminə millət vəkilləri, büyük elçiler, keçmiş Başbakan Yardımcısı Bülent Arınç, keçmiş bakanlar Şükrü Sina Gürel və Adnan Keskin, məhşur tarixçi Murat Bardakçı, Türkiyə Gazeteciler Federasyonu (TGF) Başkanı Yılmaz Karaca və minlərlə Mayatepek sevən qatılıb.
Ürdün Cumhurbaşkanı Yardımcısı Prens Ali Bin Nayef ən böyük Turançı və Türk Milliyətçilərinden olan Ənvər Paşanın tək nəvəsinin dəfn mərasimində MHP adına heç kimsənin olmaması diqqət çəkib.
Xatırladaq ki, Osman Mayatepek noyabrın 1-də Ankaradakı Gülhanə Tibb Akademiyasında dünyasını dəyişib.
Osman Mayatepek Türkiyənin hərbi naziri olmuş Ənvər paşanın qız nəvəsiydi. Onu 1950-ci ildə Ənvər paşanın qızı Türkan xanım dünyaya gətirmişdi. Osman Mayatepek uzun müddət diplomatiya sahəsindən çalışıb.
Onun babası Ənvər paşanın dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.
Mərhum Osman Mayatapek Azərbaycana bağlı insan idi. O, Parlamemt Jurnalistləri Birliyinin dəvətilə Bakıda səfərdə olmuşdu.