Modern.az

FED uçot dərəcəsini dəyişməyib

FED uçot dərəcəsini dəyişməyib

2 Noyabr 2016, 22:03

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi