Modern.az

Regional texnoparkın yaradılması təklif edilir

Regional texnoparkın yaradılması təklif edilir

Aktual

3 Noyabr 2016, 21:25

“Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafının genişləndirilməsi məqsədilə regional texnoparkın yaradılması təklif edilir”. Modern.az saytı xəbər verir ki, bunu "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru Seymur Ağayev İKT komissiyasının 2-ci iclasında danışıb.

"Biz bu layihəni Bakıda keçiriləcək "Bakutel-2016" telekommunikasiya sərgisi çərçivəsində təqdim etmək niyyətindəyik. Layihənin Pirallahı qəsəbəsində inşa edilməsi təklif edilir. Hazırda beynəlxalq təcrübə öyrənilir, zəruri infrastrukturun qurulması üçün hazırlıq işləri aparılır" - o bildirib.

Layihənin əsas məqsədinin regionda aparıcı qüvvə olmasını hədəflədiklərini qeyd edən S. Ağayev bildirib ki, burada mühüm məqam rəqabətqabiliyyətli İKT həllərin yaradılması və onları maliyyələşdirilməsindən ibarətdir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi